27 dekabr 2024. Cümə

Stefano Pioli: "O, epizodda offsayd var idi"


  • Avroliqa
  • 15:43 12.04.2024
  • Oxunma sayı: 183
Stefano Pioli: "O, epizodda offsayd var idi"

"Bunu bacaracaq komanda varsa, o da bizik"

90deqiqe.az xəbər verir ki, bu sözlər "Milan" klubunun çalışdırıcısı Stefano Pioliyə məxsusdur. Ötən gün UEFA Avropa Liqasının 1/4 finalında doğma meydanda "Roma"ya uduzan "rossoneri"nin 58 yaşlı çalışdırıcısı hakim ədalətsizliyindən bəhs edib.

"De Rossi'nin seçimləri? El Shaarawy'nin sağda oynaması gözləmədiyimiz bir seçim idi, amma heç nə dəyişmədi. Theo və Leão daha az boşluqlar tapdılar, amma sağ cinahda daha çox fürsət yaratdıq. Qol şanslarımız oldu və qapıya çoxlu zərbələr endirdik, lakin keyfiyyətsiz alındı. İkinci hissədə kompakt olan komanda daha çox xoşuma gəldi. Əlbəttə ki, risk etmək məcburiyyətindəyik. Bəzi vacib oyunçuların zəif performansı? Bu məni narahat etmir. Əksinə, böyük komanda olduğumuzu göstərmək üçün böyük qürur və iradə gözləyirəm. Vəziyyəti dəyişmək asan olmayacaq. Bunu ancaq həqiqətən güclü komandalar edir. Mən uşaqlara dedim ki, bunu bacaracaq komanda varsa, o da bizik.

Hakimlik? Mən daha çox futbol haqqında danışmağı xoşlayıram, ancaq mənə elə gəldi ki, davamında korner olan epizodda offside var idi. Üstəlik, Abraham topu başı ilə uzaqlaşdırmaq istəyərkən əli ilə bunu etdi".

Qeyd edək ki, tərəflər arasında cavab matçı aprelin 18-i Bakı vaxtı ilə saat 18-də başlayacaq.







Avroliqa