22 oktyabr 2024. Çərşənbə axşamı

Neftçi Arsenal'ı keçsə ... - Trabzonspor'la qarşılaşa bilər


  • Avroliqa
  • 15:30 21.07.2019
  • Oxunma sayı: 594
Neftçi Arsenal'ı keçsə ... - Trabzonspor'la qarşılaşa bilər

Neftçi'nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

Corner.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Paytaxt təmsilçisi 2-ci təsnifat mərhələsində "Arsenal Tula"nı mübarizədən kənarlaşdırarsa, növbəti raundda səpələnmişlər səbətində yer alacaq.


Bu isə o deməkdir ki, "ağ-qaralar" iyulun 22-də keçiriləcək püşkatmada reytinqi nisbətən aşağı olan komandalardan biri ilə qarşılaşacaq. "Neftçi"nin mümkün rəqibləri arasında "Trabzonspor" və 1-ci təsnifat mərhələsində "Səbail"i mübarizədən kənarlaşdıran "Universitatya" kimi klublar da var.


Avropa Liqası, 3-cü təsnifat mərhələsi

Səpələnmişlər

"Sparta" (Praqa, Çexiya)
"Espanyol" (İspaniya) - "Styarnan" (İslandiya) cütünün qalibi
"Domjale" (Sloveniya) - "Malmö" (İsveç) cütünün qalibi
AEK (Yunanıstan)
"Buduçnost" (Monteneqro) - "Zarya" (Ukrayna) cütünün qalibi
"Arsenal" (Tula, Rusiya) - "Neftçi" (Azərbaycan) cütünün qalibi

Səpələnməmişlər

"Trabzonspor" (Tükiyə)
"Utrext" (Hollandiya) - "Jrinski" (Bosniya və Herseqovina) cütünün qalibi
SSKA (Sofiya, Bolqarıstan) - "Osiyek" (Xorvatiya) cütünün qalibi
"Lyutsern" (İsveçrə) - "Kİ Klaksvik" (Farer adaları) cütünün qalibi
"Bney Yehuda" (Tel-Əviv, İsrail)
"Honved" (Macarıstan) - "Universitatya" (Krayova, Rumıniya) cütünün qalibi


Qeyd edək ki, "Neftçi" ilə "Arsenal" arasında ilk iyulun 25-də Tulada keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Cavab matçı isə 1 həftə sonra "Bakcell Arena"da olacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi