9 may 2024. Cümə axşamı

Çempionluğa gedən yol "Qarabağ"dan keçir


  • Avroliqa
  • 10:07 15.04.2024
  • Oxunma sayı: 259
Çempionluğa gedən yol "Qarabağ"dan keçir

"Qarabağ"la bağlı maraqlı statistika ortaya çıxıb. 

90deqiqe.az xəbər verir ki, "Qarabağ"la Avropa Liqasının pley-offunda qarşılaşan "Tvente" 2009/2010 mövsümündə klub tarixində ilk dəfə Niderland çempionu oldu. 2010/2011-ci illərdə təsnifat mərhələsində üz-üzə gəldiyi "Visla Krakov"da həmin mövsüm Polşa çempionatının qalibi olub və bu sonuncu belə uğur olaraq qeydə alınıb. 

Cari mövsüm "Qarabağ"ın Avropa nağılına son qoyan və ötən gün çempionluğunu rəsmiləşdirən Leverkuzen "Bayer"i tarixində ilk dəfə Bundesliqada qızıl medalların sahibi oldu. 

Bundan əlavə 2010/2011 mövsümündə "Qarabağla qarşılaşan "Borussiya Dortmund" 9 illik fasilədən sonra bundesliqada çempionluq yaşamışdı.







Avroliqa