22 oktyabr 2024. Çərşənbə axşamı

Qarabağ'ın Avroliqadakı rəqibi


  • Avroliqa
  • 15:07 22.07.2019
  • Oxunma sayı: 706
Qarabağ'ın Avroliqadakı rəqibi

Avropa Liqasının Çempionlar yolunda 3-cü təsnifat mərhələsinin püşkü atılıb. 

Corner.az xəbər verir ki, Çempionlar Liqasından Avroliqaya düşən klubların potensial rəqibləri  bəlli olub.

Təmsilçimiz "Qarabağ"ın da Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Dundalk” səddində keçə bilməyəcəyi təqdirdə hansı komandalarla qarşılaşa biləcəyi müəyyənləşib. Ağdam klubu İrlandiya təmsilçisinə məğlub olarsa, Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Slovan" (Slovakiya) - “Ferronikeli” (Kosovo) cütünün qalibinə rəqib olacaq. "Qarabağ" Avroliqaya düşsə, 3-cü mərhələdə ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında 3-cü təsnifat mərhələsinin oyunları avqustun 8-də və 15-də keçiriləcək.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi