22 oktyabr 2024. Çərşənbə axşamı

Neftçi Rusiyaya getdi - 5 saatdan çox ...


  • Avroliqa
  • 10:38 24.07.2019
  • Oxunma sayı: 558
Neftçi Rusiyaya getdi - 5 saatdan çox ...

Göyərtəsində "Neftçi" komandasının da yer aldığı Bakı - Moskva təyyarəsi uçuşa başlayıb. 

Corner.az-ın məlumatına görə, AZAL-a məxsus təyyarənin uçuşu 5,5 saatlıq ləngimədən sonra gerçəkləşib.   *

***


AZAL-dan bildirilib ki, texniki nasazlıq səbəbindən təyyarə dəyişdiriləcək. Sərnişinlərin ixtiyarına yeni təyyarə veriləcək. Uçuşun 11:00-da gerçəkləşəcəyi gözlənilir. 

*** 

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Neftçi" "Arsenal"la II təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilməyib.

Buna səbəb Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı - Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problemin aşkarlanmasıdır. Təyyarə dəyişdiriləcəyi üçün uçuşun saat 11:00-dək yubanacağı bildirilib. Komanda Rusiya paytaxtından "Arsenal"ın təmsil etdiyi Tula şəhərinə avtobusla gedəcək.

Hazırda "Neftçi"nin prezidenti Kamran Quliyev uçuşun tezləşdirilməsi üçün hava limanındakı məsul şəxslərlə danışıq aparır.

Qeyd edək ki, iyulun 25-də "Arsenal" mərkəzi stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək (Report).







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi