5 dekabr 2025. Cümə

Neftçi'yə qarşı oynamayacaq


  • Avroliqa
  • 13:00 25.07.2019
  • Oxunma sayı: 504
Neftçi'yə qarşı oynamayacaq

 "Arsenal Tula"nın futbolçusu Evans Kanqva Avropa Liqasının ikinci təsnifat mərhələsində "Neftçi" ilə ilk oyunu buraxacaq.

Corner.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi İqor Çerevçenko məlumat verib. O, zədəli olan 25 yaşlı hücumçunun müayinə üçün Almaniyaya getdiyini bildirib.

Qeyd edək ki, "Arsenal" - "Neftçi" görüşü bu gün Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Bakıda olacaq.







Avroliqa