16 iyun 2024. Bazar günü

Avropa Liqası və Konfrans Liqasının finalları bu ölkədə keçiriləcək


  • Avroliqa
  • 17:55 22.05.2024
  • Oxunma sayı: 59
Avropa Liqası və Konfrans Liqasının finalları bu ölkədə keçiriləcək

Bu gün UEFA İcraiyyə Komitəsinin iclasında 2026 və 2017-ci illərdə avrokubokların final mərhələsinə ev sahibliyi edəcək şəhərlər və stadionlar müəyyənləşib.

Artıq xəbər verdiyimiz kimi, 2026-cı ildə Çempionlar Liqasının finalı Budapeştdə keçiriləcək və 2027-ci ildə Çempionlar Liqasının finalı ilə bağlı qərar payıza qədər təxirə salınıb.

90deqiqe.Az xəbər verir ki,2026-cı ildə Avropa Liqasının finalı İstanbulda (“Beşiktaş” stadionu), 2027-ci ildə Avropa Liqasının finalı isə Frankfurtda (“Ayntraxt” stadionu) keçiriləcək.

2026-cı ildə Konfrans Liqasının finalına Leypsiq ("RB Leypsiq" stadionu), 2027-ci il Konfrans Liqasının finalına isə İstanbul (“Beşiktaş” stadionu) ev sahibliyi edəcək.







Avroliqa