- Avroliqa
- 01:59 29.11.2024
Bu gün Avropa Liqasının final görüşü keçiriləcək.
90deqiqe.Az xəbər verir ki, Dublin şəhərində "Aviva" stadionunda keçiriləcək "Bayer" - "Atalanta" oyununda ədaləti İştvan Kovaç qoruyacaq.
Komandaların baş məşqçiləri oyunöncəsi bunları deyib;
Xabi Alonso: “Oyunçular meydançada nə etməli olduqlarını bilirlər və onlar böyük nailiyyətlər əldə ediblər. Hərdən görünür ki, gözləmə mövqeyi tuturlar, həmişə aqressiv deyillər."
"Mən hələ məşqçilik karyeramın ilk günlərindəyəm, nə olacağını görəcəyik. Son il yarım ərzində inanılmaz şeylər baş verib, komandanın qurulması və oyunçular arasındakı kimya baxımından çox yaxşı qərarlar vermişik. Düzgün özünəinamımız, düzgün düşüncəmiz var."- deyə, əlavə edib.
Leverkuzen təmsilçisi keçirdiyi 34 oyunun 28-də qalib gəlib, 6 oyunda heç-heçə qeydə alınıb.
Can Pyero Qasperini: "İnanırıq ki, matça hazırlaşmaq üçün lazım olan hər şeyi etmişik və indi sadəcə oyunu gözləmək lazımdır. Artıq sakit davranmalıyıq, başa düşmək lazımdır ki, etməli olduğumuz hər şeyi etmişik."
"Atalanta" bu mövsüm Avropa Liqasında "Sportinq Lissabon", "Liverpul" və "Marsel" kimi klubbları keçərək finala vəsiqə qazanıb.
Qeyd edək ki, oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq.