- Avroliqa
- 19:48 13.12.2024
UEFA-nın Texniki Müşahidə Şurası 2023/24 mövsümündə Avropa Liqasında çıxış edən "ən yaxşı oyunçu" və "ən yaxşı gənc oyunçu" nominasiyalar üzrə adları açıqlayıb.
90deqiqe.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Marsel"li Pyer-Emerik Obameyanqı Mövsümün ən yaxşı oyunçusu seçib.
34 yaşlı futbolçu komandasının yarımfinala yüksəlməsində əsas rol oynayıb. O, 11 oyunda 10 qol vurub, o cümlədən, "Ayaks"la keçirilən 5-ci matçda evdə het-trik edib.
Obameyanq mövsümü ən yaxşı bombardir kimi başa vurmaqla yanaşı, qol və asistlərin birləşməsi baxımından da lider olub. O, eyni zamanda Radamel Falkaonu (30) geridə qoyub, Avropa Liqasının bütün zamanlarının ən yaxşı bombardiri kimi 34 qol vurub.
"Bayer"in futbolçusu Florian Virts UEFA Avropa Liqasında 2023/24 mövsümünün "ən yaxşı gənc futbolçusu" seçilib.
21 yaşlı oyunçu, Xabi Alonsonun komandasında 11 oyunda 4 qol vurub.