22 noyabr 2024. Cümə

Dario: "Mərhələni adlayacağımıza təminat yoxdur"


  • Avroliqa
  • 03:06 26.07.2019
  • Oxunma sayı: 439
Dario: "Mərhələni adlayacağımıza təminat yoxdur"

"Oyun özlədiyimiz məcrada davam etdi. Çətin qarşılaşma alındı. “Arsenal” evdə yaxşı oynayır. Sonadək doyüşdük və baş məşqçinin tapşırıqlarını yerinə yetirdik. İstəyimizə çatdıq və bu, hər birimizi sevindirir".

Corner.az-ın məlumatına görə, bunları "Neftçi"nin futbolçusu Dario Frederiko Rusiyada "Arsenal"ı 1:0 hesabı ilə məğlub etdikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra söyləyib.

- Vurduğununuz qolu necə xarakterizə edərdiniz?

- Komanda şəklində necə müdafiə olunmalı idiksə, o cür də hücum etməli idik. Bilirdik ki, rəqib bizə geniş meydan verməyəcək. Hər bir xırda epizoddan maksimum yararlanmalı idik. Qolla nəticələnən əks-hucumdan əla istifadə etdik.

- Qol vurduğunuz epizodda Emin Mahmudova qarşı qayda pozuntusu var idi?

- Bəli. Ancaq hakimin penalti verəcəyini əmin deyiləm. Ən yaxşısı qol vurmaq idi, onu da etdim.

- 1:0 cavab oyunu öncəsi sizin üçün nə deməkdir?

- Deməzdim ki, hər şeyi həll etmişik. Sadəcə, cavab oyunu öncəsi xoş nəticədir. Bu gün qələbəni qeyd edirik, sabahdan isə Bakıdakı görüşə hazırlaşmaq lazımdır. Əminəm ki, burdakı qədər çətin olacaq.

- Nə vaxtsa İsraildə olmusunuz?

- Heç vaxt.

- Belə çıxır ki, avqustda ilk dəfə “muqəddəs torpağ”a səfər edəcəksiniz?

- Mərhələni keçsək, olacam. Ancaq bir daha təkrar edirəm, mərhələni adlayacağımıza təminat yoxdur.(report)







Avroliqa