12 aprel 2026. Bazar günü

Darionun son durumu


  • Avroliqa
  • 17:10 26.07.2019
  • Oxunma sayı: 517
Darionun son durumu

Avropa Liqasının  II təsnifat mərhələsinin “Arsenal”la səfər  oyununda məcburi əvəzlənən “Neftçi”nin futbolçusu Dario Federikonun zədəsi ciddi deyil.

Klubun mətbuat xidmətindən verilən məlumata görə, braziliyalı hücumçu Rusiya klubu ilə cavab oyununda meydana çıxmağa hazırdır.


Qeyd edək ki, "Neftçi"nin qələbə qolunun müəllifi matçın 73-cü dəqiqəsində zədələnərək Namiq Ələsgərovla əvəzlənmişdi. Komandalar arasında cavab matçı avqustun 1-də "Bakcell Arena"da olacaq.(qol)







Avroliqa

"Komandamın oyunundan razıyam"
  • Avroliqa
  • 12:10 20.03.2026
"Komandamın oyunundan razıyam"