28 sentyabr 2024. Şənbə

Avropa Liqası: "Zirə"nin ilk rəqibi müəyyənləşəcək


  • Avroliqa
  • 10:03 18.06.2024
  • Oxunma sayı: 158
Avropa Liqası: "Zirə"nin ilk rəqibi müəyyənləşəcək

Bu gün Avropa Liqasında 2024/25 mövsümünün I təsnifat mərhələsinin püşkü atılacaq. 

90deqiqe.Az xəbər verir ki, tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Azərbaycanın vitse-çempionu "Zirə"nin də bu mərhələdəki ilk rəqibi məlum olacaq. Premyer Liqanın gümüş mükafatçısı olan "Zirə" səpələnməmişlər səbətində yer alacaq. Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın mümkün rəqibləri bunlardır:

 - "Şerif" (Moldova)

- "Maribor" (Sloveniya)

- "Tobol" (Qazaxıstan)

- "Visla" (Krakov, Polşa)

- "Pafos" (Kipr)

- "Paksi" (Macarıstan)

Bu mərhələnin ilk oyunları iyulun 11-də, cavab görüşləri isə 18-də keçiriləcək.







Avroliqa