- Avroliqa
- 21:00 11.11.2024
UEFA Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
Corner.az xəbər verir ki, ilk oyun günündə 4 görüş keçirilib. “Qarabağ” “Dundalk” (İrlandiya) səddini keçə bilməsə, Avropa Liqasında mübarizə aparacaq. Ağdam klubunun 3-cü təsnifat mərhələsindəki potensial rəqibi “Feronikeli” – “Slovan” oyununun qalibi olacaqdı. İlk oyunda olduğu kimi, səfərdə də qələbə qazanan Slovakiya təmsilçisi “Qarabağ” – “Dundalk” cütünün məğlubunu gözləyir.
“Neftçi” və “Qəbələ” isə Avropa Liqasındakı növbəti oyunlarına avqustun 1-də çıxacaq. “Neftçi” ilk oyunda səfərdə məğlub etdiyi (1:0) “Arsenal”la qarşılaşacaq."Qəbələ” isə səfərdə “Dinamo”nun qonağı olacaq. Qəbələ təmsilçisi ilk oyunda rəqibinə 0:2 hesabıyla uduzub.
Avropa Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları
30 iyul
Linkoln (Cəbəllütariq) – Ararat (Ermənistan) 1:2
Qol: A.Hernandes, 74 – O.Luis, 45+1; 58.
İlk oyun – 0:2
Suduva (Litva) – Tre Penne (San Marino) 5:0
Qol: Topçaqiç, 14; 39; 55. Kerla, 17. Qotal, 89.
İlk oyun – 5:0
Düdelanj (Lüksemburq) – Şkendiya (Makedoniya) 1:1
Qol: Delqado, 78 – İbrahimi, 90+2.
İlk oyun – 2:1
Feronikeli (Kosovo) – Slovan (Slovakiya) 0:2
Qol: De Marko, 19. Holman, 54.
İlk oyun – 1:2