- Avroliqa
- 01:59 28.11.2025
Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları keçirilib.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" Bakıda Moldova "Şerif"i ilə qarşılaşıb. "Dalğa Arena"da baş tutan matç saat 20:00-da başlayıb və Qazaxıstandan olan hakimlər briqadası tərəfindən idarə edilib.
Komandalar arasındakı ilk görüşdə "Zirə" 1:0 hesablı qələbə qazanmışdı. Lakin cavab oyununda "Şerif" 2:1 hesablı qələbə qazanaraq penaltilərdə 4:5 üstünlük təmin edib və növbəti mərhələyə adlayıb.
Beləliklə, bu cütün qalibi olan "Şerif" 2-ci mərhələdə İsveçin "Elfsborq" və Kiprin "Pafos" cütünün qalibi ilə qarşılaşacaq. "Zirə" isə iştirakını Konfrans Liqasının ikinci mərhələsində davam etdirəcək.