- Avroliqa
- 21:00 11.11.2024
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"lə cavab oyunundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
90deqiqe.Az xəbər verir ki, Sadıqov oyunun çətin keçdiyini və xüsusilə qırmızı vərəqədən sonra komandasının azlıqda qalmasına baxmayaraq layiqli mübarizə apardığını vurğulayıb. "Şerif"in hava toplarından istifadə edəcəyini bildiklərini və bu vəziyyətdən iki qol buraxdıqlarını qeyd edib.
O, oyun zamanı hakimin rəqibə simpatiya göstərdiyini və qərarlarının ədalətsiz olduğunu iddia edib. Komandasının müdafiə strategiyası barədə danışan Sadıqov, qırmızı vərəqədən sonra 5-3-1 sisteminə keçərək hesabı qorumağa çalışdıqlarını, lakin bunun nəticə vermədiyini də bildirib.
Rəşad Sadıqov, bugünkü oyunda qırmızı vərəqə alan Salifu Sumanın cəzalanacağını da qeyd edərək, "Epizodu görməmişəm. Həqiqətən günahı varsa, böyük cəza alacaq" deyə, bildirib.
"Zirə" bugünkü matçda (1:2) penaltilər seriyasında uduzaraq (4:5) Avropa Liqasında mübarizəni dayandırıb.