23 oktyabr 2024. Çərşənbə

Georgi Papava: "Qəbələ"ni səfərdə udmağımız qeyri-məntiqli deyildi"


  • Avroliqa
  • 23:07 31.07.2019
  • Oxunma sayı: 439
Georgi Papava: "Qəbələ"ni səfərdə udmağımız qeyri-məntiqli deyildi"

"Əlbəttə, hər bir komanda özünü güclü hesab edir. Rəqibə hörmət edirik, həqiqətən də güclü komandadır. Amma düşünmürəm ki, ilk matçdakı nəticə qeyri-məntiqli idi".

Corner.az xəbər verir ki, bunu Gürcüstan "Dinamo"sunun futbolçusu Georgi Papava "Qəbələ" ilə keçirəcəkləri Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündən əvvəl mətbuat konfransında deyib.

26 yaşlı yarımmüdafiəçi 2:0 hesabı ilə qalib gəldikləri ilk matçda "qırmızı-qaralar"a nəzərən daha yaxşı oyun göstərdiklərini iddia edib. O, ev oyununda bu nəticəni daha da yaxşılaşdırmağa çalışacaqlarını diqqətə çatdırıb.

Lakin Papava Qəbələdəki qələbənin hələ mərhələ adlamaq anlamına gəlmədiyini vurğulayıb: "Əlbəttə, ilk görüşdəki nəticə ümumi qələbə deyil. Oyundan sonra bunu bir-birmizə dedik ki, tam qələbə qazanmaq üçün qarşıdakı matçı da uğurla başa vurmalıyıq".

Qeyd edək ki, avqustun 1-də Tbilisidəki Boris Payçadze adına "Dinamo" arenasında keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.(report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi