23 oktyabr 2024. Çərşənbə

Neftçi - Arsenal oyununun biletləri tükənir


  • Avroliqa
  • 13:04 01.08.2019
  • Oxunma sayı: 434
Neftçi - Arsenal oyununun biletləri tükənir

“Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsində Rusiya “Arsenal"ı ilə Bakıda keçirəcəyi cavab oyunu üçün satılan biletlər tükənmək üzrədir.

Klubun media, Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyevin verdiyi məlumata görə, satışa çıxarılan 10 min 500 biletdən, 9 mindən çoxu artıq satılıb. 

Azarkeşlər bu gün matç başlayana kimi qalan biletləri yalnız “Bakcell Arena”nın kassalarından əldə edə bilərlər. 

Qeyd edək ki, “Bakcell Arena”da keçiriləcək qarşılaşma avqustun 1-də saat 21:00-da başlayacaq. “Neftçi” Rusiyada baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gəlib. (report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi