5 dekabr 2025. Cümə

“Qəbələ”nin futbolçusu Tiflisdə xəstəxanalıq oldu


  • Avroliqa
  • 22:33 01.08.2019
  • Oxunma sayı: 544
“Qəbələ”nin futbolçusu Tiflisdə xəstəxanalıq oldu

Gürcüstanda "Dinamo" ilə keçirdiyi Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşündə "Qəbələ" itki ilə üzləşib. 

Corner.az xəbər verir ki, 37-ci dəqiqədə Rasim Ramaldanov həmklubu İvitsa Zunitlə kəllə-kəlləyə toqquşub. Nəticədə Zuniç meydanı xərəkdə tərk etməli olub. 

Daha sonra o, təcili yardım maşınına mindirilərək aparılıb. Xorvatiyalı legioneri Sadiq Quliyev əvəzləyib. 

Həkimlərin ilkin rəyinə əsasən, Zuniçin almacıq sümüyü qırılıb. Qeyd edək ki, hazırda hesab bərabərdir - 0:0.(report)







Avroliqa