5 dekabr 2025. Cümə

Qəbələ mübarizəni dayandırdı


  • Avroliqa
  • 23:06 01.08.2019
  • Oxunma sayı: 487
Qəbələ mübarizəni dayandırdı

Bu gün Avropa Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulur.

Corner.az xəbər verir ki, bu turnirdəki təmsilçilərimizdən olan “Qəbələ” də bu gün növbəti matçına çıxıb. Sənan Qurbanovun rəhbərlik etdiyi kollektiv Gürcüstan “Dinamo”sunun qonağı olub. Tbilisidə keçirilən qarşılaşma Azərbaycan təmsilçisi üçün uğursuz nəticə ilə başa çatıb

Komandalar arasındakı ilk oyunda “Qəbələ” 0:2 hesabıyla məğlub olmuşdusa, bu dəfə 3-0 hesabı ilə məğlub olub. “Qırmızı-qaralar” növbəti mərhələyə yüksələcəyi təqdirdə, Hollandiyanın “Feyenoord” klubu ilə qarşılaşacaqdı.

Avropa Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunu

1 avqust

Dinamo (Tbilisi, Gürcüstan) 3-0 Qəbələ 
Qol:
 Levan Şengeliya, 68; 88. Kvame Karikari, 90+3.
İlk oyun – 2:0







Avroliqa