- Avroliqa
- 21:00 11.11.2024
"Müdafiədə çox yaxşı oynayırdıq. Məqsədimiz onların öz oyunlarını nümayiş etdirməsinə mane olmaq idi. Yaxşı əks-hücumlar təşkil etdik".
Corner.az-ın məlumatına görə, bunları "Neftçi"nin kapitanı Emin Mahmudov Bakıda Rusiyanın "Arsenal" komandasını 3:0 hesabı ilə üstələyərək növbəti raunda yüksəldikləri UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunundan sonra söyləyib.
27 yaşlı yarımmüdafiəçi bildirib ki, məşqdə sıx pressinq üzərində işləyiblər: "Rəqib pis komanda deyil, məcbur müdafiədən oynayırdıq. Əks-hücumlarda yaxşı çıxış etdik. Onlar bir az tez vursaydılar, bəlkə də, başqa cür olardı. Futboldur, belə şeylər olur. “Arsenal”a qol vurmaq üçün şans vermədik. Rəqibin müdafiəçisi Qriqalava bir komandada oynamışam. Onu yaxşı tanıyıram. Bir az aqressiv və emosional futbolçudur. Bəzən oyunda komanda yoldaşları ilə mübahisə edir".
"Neftçi" III raundda İsrailin "Bney Yehuda" komandası ilə qarşılaşacaq. Mahmudov bu rəqibi də keçəcəklərinə inandığını söyləyib: "Rusiya klublarını da heç vaxt məğlub etməmişdik. İnşallah, yaxşı olar.(report)