22 noyabr 2024. Cümə

Azarkeşlərimiz olmasaydı, qələbə qazana bilməyəcəkdik - Monroz


  • Avroliqa
  • 01:07 02.08.2019
  • Oxunma sayı: 462
Azarkeşlərimiz olmasaydı, qələbə qazana bilməyəcəkdik - Monroz

"Neftçi"nin futbolçusu Stiven-Jozef Monroz Avropa Liqasının II təsnifat mərhələsində Rusiyanın "Arsenal" klubuna 3:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Corner.az-ın məlumatına görə, o, əvvəlcə matç haqda danışıb.
 
- Çox ağır oyun gözləyirdim, belə də alındı. Deyə bilmərəm ki, 3:0 hesablı qələbə gözləyirdim. Ancaq ağır matç keçəcəyini bilirdik. Bu gün oyunçularımız meydanda böyük iş gördü. Mən ehtiyat oyunçular skamyasında əyləşən futbolçularımızı da qeyd etmək istərdim. Güclü ehtiyatımız var. Hər biri əsas oyunçu kimi qiymətləndirilə bilər. Qalibiyyət üçün çox xoşbəxtəm. Ancaq azarkeşlərimiz olmasaydı, qələbə qazana bilməyəcəkdik. Onları da təbrik edirəm.
 
- Bu matçda nisbətən zəif çıxış etdin. Öz oyunun barədə fikirlərin necədir?

- Ola bilsin ki, oyunum sizə zəif görünüb. İlk hissədə uzun top ötürmələri ilə oynayırdıq. Ola bilər ki, buna görə kölgədə qalmışam. Mənim əsas məqsədim özümü göstərmək yox, komandaya kömək etmək idi. Bunun üçün çalışırdım.
 
- Rəqibin futbolçusu Qriqalava sənə barmaq yelləyib, davaya çağırırdı. Oyundan sonra söhbət etdiniz?

- Çöldə heç bir şey olmadı. Futbolda belə şeylər baş verir. Bizim komandamız öndə idi. Rəqib oyunçular emosional idi. Belə şeylər futbolda yaşanır.
 
- “Bney Yehuda” ilə oyunlar barədə fikirlərin necədir?

- Qələbə üçün meydana çıxacağıq. Qələbə ruhumuz və mentalitetimiz var. Bu raundu keçdik, sabahda “Bney Yehuda”nı düşünməyə başlayacağıq.(qol)







Avroliqa