16 sentyabr 2024. Bazar ertəsi

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb


  • Avroliqa
  • 18:36 06.08.2024
  • Oxunma sayı: 97
AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

90deqiqe.Az xəbər verir ki, o, UEFA Avropa Liqasının III təsnifat mərhələsinin “Boraç” (Bosniya və Herseqovina) – “Klaksvik” (Farer adaları) oyununun UEFA nümayəndəsi olacaq.

Banya Luka şəhərində yerləşən “Qradski” stadionunda keçiriləcək görüş avqustun 15-də baş tutacaq.

“Boraç” – “Klaksvik” matçını bolqarıstanlı baş hakim Georgi Kabakov idarə edəcək.







Avroliqa