22 noyabr 2024. Cümə

Neftçinin oyunu onlara tapşırıldı


  • Avroliqa
  • 16:57 02.08.2019
  • Oxunma sayı: 428
Neftçinin oyunu onlara tapşırıldı

UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Bney Yehuda” matçının hakim təyinatları açıqlanıb.
 
Corner.az Neftçi'nin saytına istinadən xəbər verir ki, oyun Fransadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Kərim Abed olacaq. Ona Hiçam Zakrani və Mikael Berçebru kömək edəcəklər. Dördüncü hakim funksiyasını Floran Batta yerinə yetirəcək. UEFA nümayəndəsi İonel Piskanu (Rumıniya), hakim-inspektor isə Kyell Alset (Norveç) olacaq.


Xatırladaq ki, avqustun 8-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Bney Yehuda” oyunu saat 21:00-da başlanacaq.







Avroliqa