- Avroliqa
- 21:00 11.11.2024
"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.
90deqiqe.Az-ın məlumatına görə, "köhlən atlar" ilk oyununu sentyabrın 25-26-da "Ayaks"la (Niderland) evdə keçirəcək.
Ağdam təmsilçisi ikinci matçında, oktyabrın 3-də səfərdə "Tottenhem" (İngiltərə) ilə qarşılaşacaq.
Azərbaycan təmsilçisi üçüncü görüşündə oktyabrın 24-də, doğma meydanda "Lion" (Fransa), dördüncü qarşılaşmasında noyabrın 7-də səfərdə "Olimpiakos"la (Yunanıstan) üz-üzə gələcək.
Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv daha sonra noyabrın 28-də evdə "Malmö" (İsveç) ilə, ardınca isə dekabrın 12-də səfərdə "Budyo Qlimt"lə (Norveç) görüşəcək. Növbəti qarşılaşmalar 2025-ci il yanvarın 23-də FCSB (Rumıniya) ilə Bakıda, yanvarın 30-da "Elfsborq"la İsveçdə gerçəkləşəcək.