21 noyabr 2024. Cümə axşamı

Avropa Liqası: Türkiyə klublarının rəqibləri bəlli oldu


  • Avroliqa
  • 16:30 30.08.2024
  • Oxunma sayı: 92
Avropa Liqası: Türkiyə klublarının rəqibləri bəlli oldu

UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsas mərhələsinin püşkü atılıb.

90deqiqe.Az xəbər verir ki, mərasimdə Türkiyə təmsilçiləri “Qalatasaray”, “Fənərbağça” və “Beşiktaş”ın da rəqibləri bəlli olub.

“Qalatasaray” “Ayaks”, “AZ Alkmaar” (hər ikisi Niderland), “Tottenhem” (İngiltərə), PAOK (Yunanistan), “Dinamo” (Kiyev, Ukrayna), RFŞ (Latviya), “Malmö” və “Elfsborq” (hər ikisi İsveç) klublarını sınağa çəkəcək.

“Fənərbağça” “Mançester Yunayted” (İngiltərə), “Slaviya” (Çexiya), “Lion” (Fransa), “AZ Alkmaar”, “Tvente” (hər ikisi Niderland), “Union” (Belçika), “Midtüllann” (Danimarka) və “Atletik” (Bilbao, İspaniya) ilə qarşılaşacaq. 

“Beşiktaş” isə “Ayntraxt” (Almaniya), “Makkabi” (Təl-Əviv, İsrail), “Lion” (Fransa), “Malmö” (İsveç), “Budyo-Qlimt” (Norveç), “Atletik” (Bilbao, İspaniya), “Ayaks” və “Tvente” ilə (hər ikisi Niderland) üz-üzə gələcək.

Hər üç İstanbul nəhənginin dörd oyunu evdə, digər dördünü isə səfərdə baş tutacaq.

Əsas mərhələdə 36 klub mübarizə aparacaq. 8 turdan sonra ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yerlərin sahibləri pley-offa yüksələcək. Digər 12 iştirakçı mübarizəni dayandıracaq.

Liqa mərhələsinin oyun günləri də bəllidir. İlk altı tur bu il, son iki tur gələn il baş tutacaq.







Avroliqa