21 noyabr 2024. Cümə axşamı

"Lion" onların adını iştirak ərizəsinə daxil etmədi


  • Avroliqa
  • 21:25 06.09.2024
  • Oxunma sayı: 79
"Lion" onların adını iştirak ərizəsinə daxil etmədi

“Lion” klubu UEFA Avropa Liqasının iştirak ərizəsinə müdafiəçi Deyan Lovren və qapıçı Antoni Lopesi daxil etməyib.

90deqiqe.az xəbər verir ki, həm Lovrenin, həm də Lopesin bu yay satılacağı gözlənilsə də, bu baş tutmayıb.

Xorvatiyalı mərkəz müdafiəçisi yanvarın 26-dan bəri "Lion"da oynamır və baş məşqçi Pyer Sagenin planlarında yer almır. Təcrübəli qapıçı Antoni Lopes qapıdakı yerini itirib. 

Lopes "Lion"un yetirməsidir və 33 yaşında heç vaxt klubu tərk etməyib. Lovren il yarım əvvəl "Zenit"dən transfer olunduqdan sonra Fransa klubunda çıxış edib.







Avroliqa