- Avroliqa
- 21:00 11.11.2024
“Mançester Yunayted”in keçmiş hücumçusu, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldo “qırmızı şeytanlar”ın Avropa yarışlarında qələbə və ya İngiltərə Premyer Liqasında çempionluq uğrunda mübarizə aparma qabiliyyətini dəyərləndirib.
90deqiqe.Az xəbər verir ki, portuqaliyalı ulduz sabiq komandasının Avropa Liqasını, Çempionlar Liqasını və ya Premyer Liqanı qazanmasının çətin olacağını bildirib.
“Klubun gələcəyinin parlaq olacağına inanıram. Ancaq hər şey təkcə komandadakı istedadlardan deyil, daha çox şeydən asılıdır. Söhbət təkcə futbolçulardan yox, bütövlükdə klubdan gedir. Klubda, hamıda və hər şeydə, birlikdə. başa düşürsən? Onlar hər şeyi təməldən yenidən qurmalıdırlar. Bunu etməsələr, başqaları ilə rəqabət apara bilməyəcəklər. Bu, sadəcə olaraq qeyri-mümkün olacaq.
Onlar yaxşı nəticələr əldə edə bilərlər, bəli, İngiltərə Liqa Kubokunu da qazana bilərlər, amma mən Avropa Liqasını, Çempionlar Liqasını və ya Premyer Liqanı nəzərdə tuturam. Və bu, mənim fikrimcə, onlar üçün çətin olacaq. Mən yanılmaq istərdim, amma çətin olacaq”, - deyə Kriştiano Rio Ferdinandın podkastında bildirib.
“Mançester Yunayted” bu mövsüm Avropa Liqasında çıxış edir. Ümumi mərhələdə Erik ten Haqın yetirmələri "Porto", "Tvente", PAOK, "Fənərbağça", "Viktoriya Plzen", "Bodo-Qlimt", "Reyncers" və "Styaua" ilə qarşılaşacaq. İngiltərə çempionatının 3-cü turundan sonra "Mançester Yunayted" üç xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.