- Avroliqa
- 21:00 11.11.2024
"Bney Yehuda”nın hazırkı durumunu nəzərə alsaq, komandanın mövcud heyətlə “Neftçi”ni keçmək şansı sıfırdır. Bunu bacarmaq möcüzə olar”.
Corner.az xəbər verir ki, bunu “Sumqayıt”ın futbolçusu Əmir Ağayev yetirməsi olduğu İsrailin “Bney Yehuda” klubunun Avropa Liqasının III təsnifat mərhələsində “Neftçi”yə qarşı şansını dəyərləndirərkən “Ynet” portalına müsahibəsində deyib.
27 yaşlı israilli yarımmüdafiəçinin sözlərinə görə, “Neftçi” çox yaxşı və özünəinamı yüksək olan komandadır: “Neftçi” yaxşı futbolçulara malik olan böyük klubdur. Heyətlərində Dario Frederiko kimi futbolçu var. Ümumiyyətlə, əla hücum xəttinə malikdirlər. “Bney Yehuda” bunu nəzərə almalıdır”.
Ağayev bildirib ki, “Bney Yehuda”nın bu mövsüm zəiflədiyi heç kimə sirr deyil: “Heç bir yeni oyunçu transfer etməyiblər. Digər tərəfdən, onların Yossi Abukasis kimi dahi baş məşqçisi var. Oradan yarımmüdafiəçi Din Mori xaric heç kimlə danışmamışam. Fikrimcə, klubdakılar daha çox heyəti gücləndirmək və İsrail çempionatı haqda düşünürlər. Ona görə də mənimlə əlaqə saxlayan olmayıb”.
Qeyd edək ki, ötən yay “Sumqayıt”a keçən Ağayev yetirməsi olduğu “Bney Yehuda”da 2011-2017-ci illərdə çıxış edib. Avqustun 8-i “Bakcell Arena”da keçiriləcək "Neftçi” – “Bney Yehuda” oyunu saat 21:00-da başlanacaq. Cavab görüşü bir həftə sonra İsraildə baş tutacaq.(report)