Neftçi'nin növbəti rəqibi bilindi
-
Avroliqa
-
16:02 05.08.2019
-
Oxunma sayı: 563
Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.Corner.az-ın xəbərinə görə, İsveçin Nyon şəhərində keçirilən tədbirdə Avroliqadakı təmsilçisimiz "Neftçi"nin də pley-offdakı potensial rəqibi bəlli olub."Ağ-qaralar" 3-cü mərhələdə İsrailin "Bney Yehuda" klubunu keçərsə, pley-offda "Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Qerseqovina) cütünün qalibi ilə üz-üzə gələcək. Paytaxt klubu pley-offa çıxsa, ilk matçını səfərdə keçirəcək.Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.