- Avroliqa
- 21:00 11.11.2024
“Mançester Yunayted”in yarımmüdafiəçisi Kristian Eriksen komandasının Avropa Liqasının ümumi mərhələsinin ilk turu çərçivəsində “Tvente” ilə oyunda heç-heçə etdiyi haqda danışıb.
90deqiqe.Az xəbər verir ki, danimarkalı futbolçu "Yahoo Sports"a deyib ki, “Mançester Yunayted”in bütün oyunçuları məyus olublar, çünki hamı qələbəni gözləyirdi.
Eriksen qeyd edib ki, “qırmızı şeytanlar” uduzmuş kimi görünməyib, lakin yekun nəticə məğlubiyyət kimi hiss olunub.
“Görünürdü ki, "Tvente" oyunçuları daha çox qazanmaq istəyirlər. Bu baş verməməlidir”
Xatırladaq ki, Kristian Eriksenin qolu “qırmızı şeytanlar”ın “Tvente”yə qalib gəlməsinə kömək etməyib. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Avropa Liqasının 2-ci turunda Mançester klubu “Portu” ilə qarşılaşacaq.