- Avroliqa
- 09:28 04.10.2024
UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda daha 8 görüş başa çatıb.
90deqiqe.Az xəbər verir ki, Türkiyənin "Fənərbağça" klubu evdə Belçikanın "Yunion" kollektivini qəbul edib. Görüş İstanbul təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Roma” klubu doğma meydanda İspaniyanın “Atletik”i qəbul edib. Bu görüşdə tərəfələr meydanı hərəyə bir qolla tərk ediblər.
“Qarabağ”ın rəqiblərindən “Lion” evdə Yunanıstan “Olimpiakos”u ilə qarşılaşıb. Bu görüşdə Fransa təmsilçisi inamlı qələbə qazanıb.
Almaniya "Ayntraxt"ı evdə Çexiya "Viktoriya"sını qəbul edib. 6 qolluq bu görüşdə qalib müəyyənləşməyib. “Ayaks” (Niderland) doğma meydanda “Beşiktaş”a (Türkiyə) darmadağınla qalib gəlib. "Braqa" (Portuqaliya) doğma meydanda "Makkabi" ilə üz-üzə gəlib və inamlı qələbə qazanıb.
“Malmö”(İsveç) isə “Reyncers”i (Şotlandiya) qəbul edib.
UEFA Avropa Liqası
Liqa mərhələsi, I tur
26 sentyabr
“Fənərbağça” (Türkiyə) - “Yunion” (Belçika) 2:1
“Malmö” (İsveç) - “Reyncers” (Şotlandiya) 0:2
“Roma” (İtaliya) - “Atletik” (İspaniya) 1:1
“Ayaks” (Niderland) - “Beşiktaş” (Türkiyə) 4:0
“Ayntraxt” (Almaniya) - “Viktoriya” (Çexiya) 3:3
“Braqa” (Portuqaliya) - “Makkabi” (Təl-Əviv, İsrail) 2:1
“Lion” (Fransa) - “Olimpiakos” (Yunanıstan) 2:0
FCSB (Rumıniya) - RFS (Latviya) 4:1