- Avroliqa
- 22:51 05.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Azərbaycan UEFA reytinqində bir pillə geriləyib.
90deqiqe.Az xəbər verir ki, ötən gün UEFA Avropa Liqasının Liqa mərhələsinin I turunda İngiltərənin "Tottenhem" klubuna 0:3 hesabı ilə məğlub olan "Qarabağ" ölkənin əmsalına töhfə verə bilməyib.
Hazırda 27-cı pillədə qərarlaşan Azərbaycanın əmsalı 19,125-ə bərabərdir.
26-cı olan Rumıniya da Azərbaycanla eyni əmsala malikdir. 28-ci yerdəki Bolqarıstanın 18,875 əmsalı var.
Qeyd edək ki, 55 ölkənin yer aldığı reytinq siyahısının ilk pilləsində İngiltərə (90.589) qərarlaşıb.