23 oktyabr 2024. Çərşənbə

Bney Yehuda itkilərlə gəlir


  • Avroliqa
  • 13:47 07.08.2019
  • Oxunma sayı: 449
Bney Yehuda itkilərlə gəlir
Avropa Liqasının 3-cü təsnifat mərhələsində "Neftçi"nin qonağı olacaq "Bney Yehuda" Bakıya yola düşüb. 

Corner.az İsrail mətbuatına istinadən xəbər verir ki, Təl-Əviv təmsilçisi bu gün səhər çarter reysi ilə səfərə çıxıb.

Komandanın ölkəmizə tam heyətlə gəlmədiyi bildirilir. Kapitan İtzik Azuz (müdafiəçi), eləcə də yarımmüdafiəçilər Amit Zenati və Eytan Velblum zədə səbəbindən Bakıdakı görüşü buraxacaq.

Qeyd edək ki, sabah  "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Bney Yehuda" oyunu saat 21:00-da başlayacaq.





Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi