- Avroliqa
- 21:00 11.11.2024
"Mançester Yunayted" baş məşqçisi Erik ten Haq "Fənərbağça"nın çalışdırıcısı Joze Mourinyo ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, niderlandlı mütəxəssis Mourinyoya qarşı oynamaqdan zövq aldığını bildirib.
“Bu, hər ikimiz üçün böyük oyundur. Mourinyoya qarşı oynamaqdan çox zövq alıram. Onun həmişə yaxşı komandaları olub, o, çoxlu kuboklar qazanıb. Mourinyo bir çox məşqçilər üçün nümunədir, ona görə də mən ona qarşı oynamaqdan həzz alacağam”.
Qeyd edək ki, cümə axşamı Avropa Liqasında "Fənərbağça" və "Mançester Yunayted" qarşılaşacaq.
Əlavə edək ki, Joze Mourinyo 2016-2018-ci illərdə “Mançester Yunayted”i çalışdırıb. Portuqaliyalıların rəhbərliyi altında komanda İngiltərə Superkubokunu, Liqa Kubokunu və Avropa Liqasını qazanıb.