22 oktyabr 2024. Çərşənbə axşamı

“Qarabağ” – “Ayaks” oyunu onlara həvalə olundu


  • Avroliqa
  • 12:27 22.10.2024
  • Oxunma sayı: 32
“Qarabağ” – “Ayaks” oyunu onlara həvalə olundu

UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”la Niderlandın “Ayaks” komandası arasında keçiriləcək III tur oyununa təyinatlar açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, görüş Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Nikolas Uolş olacaq.  Ona həmyerliləri  Qrem Stüart və Kalum Spens kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristofer Qraham yerinə yetirəcək.

VAR hakimi Kevin Klansi, onun köməkçisi isə Con Biton olacaq.

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi