23 oktyabr 2024. Çərşənbə

"Qarabağ"la oyunda emosiyaları kənara qoymalıyıq"


  • Avroliqa
  • 18:16 23.10.2024
  • Oxunma sayı: 22
 "Qarabağ"la oyunda emosiyaları kənara qoymalıyıq"

"Qarabağ" güclü komandadır. Son 10 ildə ciddi uğurlara imza atıblar."

 90deqiqe.Az xəbər verir ki, bu sözləri Niderlandın “Ayaks” klubunun baş məşqçisi Françesko Farioli UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri III tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

"Zədəli futbolçularımız var.Buna baxmayaraq, əlimizdən gələni edəcəyik. Rəqib çox ciddi və güclü komandadır. Təhlükəli oyunçuları var. Biz "Qarabağ"ın zəif nöqtələrini analiz etmişik. Həmçinin öz səhvlərimiz üzərində işləmişik. Emosiyaları kənara qoymalıyıq. Ən önəmlisi, nəticəyə köklənməkdir. Bütün diqqətimiz sabahkı matçdadır. Bakıya bizi dəstəkləməyə gələn azarkeşlərimizi sevindirmək istəyirik".







Avroliqa