23 oktyabr 2024. Çərşənbə

"Qarabağ" çox təhlükəli rəqibdir"


  • Avroliqa
  • 18:20 23.10.2024
  • Oxunma sayı: 23
"Qarabağ" çox təhlükəli rəqibdir"

 

"Qarabağ"ı ciddi analiz etmişik".

 90deqiqe.Az xəbər verir ki, bu sözləri Niderlandın “Ayaks”ın futbolçusu Daniele Ruqani UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri III tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.

"Sabah bizi çətin oyun gözləyir. "Qarabağ" həm yerli liqada, həm də Avropa arenasında yaxşı oyunlar keçirir. "Qarabağ" taktiki və texniki cəhətdən yüksək formadadır.Qalib gəlməyə çalışacağıq".

Qeyd edək ki, oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.







Avroliqa