23 oktyabr 2024. Çərşənbə

AL: "Qalatasaray"dan "Qarabağ"ın rəqibi üzərində çətin qələbə


  • Avroliqa
  • 20:26 23.10.2024
  • Oxunma sayı: 24
AL: "Qalatasaray"dan "Qarabağ"ın rəqibi üzərində çətin qələbə

Türkiyənin "Qalatasaray" klubu UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti matçına çıxıb.

90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi III tur matçında evdə "Qarabağ"ın rəqibi "Elfsborq"la qarşılaşıb. Yeddi qolun qeydə alındığı görüşdə "Qalatasaray rəqibinə 4:3 hesabı ilə qalib gəlib.

Azərbaycan çempionunun bu turnirdəki digər rəqiblərindən olan Norveçin "Budyo Qlimt" isə səfərdə Portuqaliya "Braqa"sının qonağı olub. 

Bu görüşdə də qonaqlar 2:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Qarabağ" noyabrın 7-də səfərdə "Budyo Qlimt"in, dekabrın 11-də isə "Elfsborq"un qonağı olacaq. 







Avroliqa