24 oktyabr 2024. Cümə axşamı

“Oyunçular məşq etməkdənsə, matç oynamağı sevirlər"


  • Avroliqa
  • 00:02 24.10.2024
  • Oxunma sayı: 34
“Oyunçular məşq etməkdənsə, matç oynamağı sevirlər"

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq komandanın oyun cədvəli ilə bağlı fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, niderlandlı çalışdırıcı  oyunöncəsi mətbuat konfransında bunları deyib.

 “Çətindir, amma bacarırıq. Oyunçular məşq əvəzinə matç oynamağı xoşlayırlar. Nə qədər ki, optimal formada oynayacaq və heç kəsi zədə riski altına salmayacaq qədər sağlam oyunçularımız var, müntəzəm matçlar böyük problem deyil.

Cümə axşamı Avropa Liqasında Türkiyədə "Fənərbaxça" - "Mançester Yunayted" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq."Qırmızı şeytanlar", bazar günü isə Premyer Liqada "Vest Hem"lə səfər görüşü olacaq.







Avroliqa