25 oktyabr 2024. Cümə

"Qarabağ" "Ayaks"a da məğlub oldu


  • Avroliqa
  • 22:39 24.10.2024
  • Oxunma sayı: 27
"Qarabağ" "Ayaks"a da məğlub oldu

"Qarabağ" klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin III turunda "Ayaks"la (Niderland) üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Şotlandiyalı baş hakim Nikolas Uolş idarə etdiyi matç Amsterdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağdam klubunda  15-ci dəqiqədə Julio Romao və 79-cu dəqiqədə ikinci sarı vərəqənin ardından Elvin Cəfərquliyev qırmızı vərəqə görüb.

UEFA Avropa Liqası

Əsas mərhələ, III tur

"Qarabağ" - "Ayaks" - 0:3

Qollar: Kennet Teylor, 36, Vaut Veqhorst (pen), 74, Çuba Akpom, 77







Avroliqa