25 oktyabr 2024. Cümə

"Bu, Azərbaycan futbolu adına müsbət məqamdır"


  • Avroliqa
  • 23:49 24.10.2024
  • Oxunma sayı: 26
"Bu, Azərbaycan futbolu adına müsbət məqamdır"

"İlk hissədə yaxşı mübarizə apardıq".

90deqiqe.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Niderlandın "Ayaks" klubuna məğlub olduqları III tur oyunundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis, Julio Romao və Elvin Cəfərquliyevin qırmızı vərəqə aldıqlarına görə məyus olduğunu söyləyib:

"Təəssüf ki, onlar növbəti matçda bizə kömək edə bilməyəcəklər. Futbolçularıma möhtəşəm xarakter göstərdiklərinə görə təşəkkür edirəm. Bu, bizim inkişafa doğru addımlamağımızın sübutudur. Doqquz nəfərlə qalsaq da, azarkeşlər sonadək dəstək oldular. Elvinin qırmızı vərəqə almasına gəlincə, onun da səhvi oldu. Bu barədə söhbətim olacaq. Əgər komanda məğlub olursa, ikinci qırmızı vərəqə verməyin mənası yox idi. Romaonun epizodunda isə əvvəlcə rəqibin futbolçusu ona qarşı kobudluq etmişdi. Lakin hakim düzgün qərar vermədi. Heç vaxt hakimlərın üstünə getməmişəm, ancaq bəsit qərarlar olmamalıdır.Heç kim narahat olmasın. Qələbə üçün Norveçə gedəcəyik. Düşünürəm ki, böyük problemimiz yoxdur. Güclü komandalara qarşı oynamışıq. Bu, Azərbaycan futbolu adına müsbət məqamdır".

Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında növbəti oyununu noyabrın 7-də Norveçdə "Bodo Qlimt"ə qarşı keçirəcək.







Avroliqa