- Avroliqa
- 21:00 11.11.2024
“Mançester Yunayted”in qapıçısı Andre Onana komandasının Türkiyənin “Fənərbağça” ilə Avropa Liqasında heç-heçə qazanmasını şərh edib.
90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, kamerunlu qolkiper yekun nəticənin həm özü, həm də bütün komanda üçün böyük məyusluq olduğunu bildirib.
“Qalib gəlmədik, amma ən azı uduzmadıq. Əlbəttə ki, sevinc üçün səbəblər azdır, ancaq bunu unudub yalnız irəli getmək lazımdır”
Xatırladaq ki, “Fənərbağça” – “Mançester Yunayted” matçında final fiti 1:1 hesablı heç-heçə qeydə alınıb. “Qırmızı şeytanlar” Avropa Liqasının ümumi mərhələsində hələlik bir qələbə qazana bilməyib.