25 oktyabr 2024. Cümə

"Fənərbağça" "Mançester Yunayted"dən daha yaxşı oynadı"


  • Avroliqa
  • 09:29 25.10.2024
  • Oxunma sayı: 40
"Fənərbağça" "Mançester Yunayted"dən daha yaxşı oynadı"

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Mançester Yunayted"lə Avropa Liqası matçında heç-heçə ilə bağlı açıqlama verib.

90deqiqe.Az-ın “BBC”ə istinadən məlumatına görə, portuqaliyalı çalışdırıcı komandasının “qırmızı şeytanlar”dan yaxşı oynadığını bildirib..

“Biz mankunianlılardan daha yaxşı oynadıq. Onlar bizə qarşı xal qazandılar, biz onlara yox. Biz əla oynadıq”

Xatırladaq ki, Avropa Liqasının ümumi mərhələsinin “Fənərbağça” – “Mançester Yunayted” görüşü 1:1 hesablı bərabərliklə başa çatıb. Joze Mourinyo matç zamanı toxunma xəttində davranışına görə qırmızı vərəqə alıb.







Avroliqa