23 oktyabr 2024. Çərşənbə

"Neftçi"nin baş məşqçisi: Futbolçular sona qədər vuruşdular və təslim olmadılar


  • Avroliqa
  • 23:32 08.08.2019
  • Oxunma sayı: 403
"Neftçi"nin baş məşqçisi: Futbolçular sona qədər vuruşdular və təslim olmadılar

"İlk dəqiqədən rəqibin müdafiə olunacağını gözləyirdik. Bütün komanda ilə müdafiədə oturdular. Arxadan hücumlar qurmaq çətindir. Onlara əks-hücum üçün şərait yaratdıq. Qol buraxandan öncə də təhlükəli epizodlarımız oldu. Hesabda geri düşməyimizə baxmayaraq toparlana bildik. Futbolçular sona qədər vuruşdular və təslim olmadılar. Cavab görüşündə də bunu təkrarlamağa çalışacağıq".

Corner.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının III təsnifat mərhələsinin ilk duelində İsrailin "Bney Yehuda" kollektivi ilə heç-heçə (2:2) etdikləri görüşdən sonra mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis bildirib ki, oyunçuları xarakter göstərib: "İstəsəniz məni tənqid edə bilərsiniz. İlk yarıda arxa xəttdən oyun qurmağa cəhd göstərdik”.(report)







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi