23 oktyabr 2024. Çərşənbə

Neftçi'ni cəza gözləyir


  • Avroliqa
  • 23:43 08.08.2019
  • Oxunma sayı: 509
Neftçi'ni cəza gözləyir

Neftçi Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Bney Yehuda” ilə qarşılaşıb.

Corner.az xəbər verir ki, oyunun son dəqiqələri çox gərgin və aqressiv keçib.Buna isə rəqib komandanın futbolçularının vaxtı uzatmaq üçün müxtəlif vasitələrə əl atması səbəb olub.

Bu isə “Neftçi” azarkeşlərinin böyük etirazına səbəb olub. Belə ki, 85-ci dəqiqədə yerli fanatlar rəqib komandanın futbolçularının bu hərəkətlərinə və baş hakimin də bunlara göz yummasına etiraz olaraq meydana su butulkaları atıblar. Həmin hadisələr zamanı meydana da azarkeş çıxıb.

Böyük ehtimalla baş verənlərə görə UEFA “Neftçi”ni müəyyən məbləğdə cərimə edə bilər.

Qeyd edək ki, “Neftçi” – “Bney Yehuda” matçı 2:2 hesabıyla başa çatıb







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi