23 oktyabr 2024. Çərşənbə

Bney Yehuda'nın futbolçusunun qolu qırıldı


  • Avroliqa
  • 12:17 09.08.2019
  • Oxunma sayı: 446
Bney Yehuda'nın futbolçusunun qolu qırıldı

Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin qonağı olan "Bney Yehuda" ciddi itki ilə üzləşib.

Corner.az klubun rəsmi Feysbuk səhifəsində istinadən xəbər verir ki, İsrail klubunun  müdafiəçisi Paz Ben Ari sıradan çıxıb.


Matçın son dəqiqələrində zədələnən 23 yaşlı futbolçu Bakıdakı xəstəxanaların birinə aparılıb. Ona dirsək sümüyünün sınığı və dirsək bağlarının zədələnməsi diaqnozu qoyulub.

Mərkəz müdafiəçisi qolu gipsli halda gecə saatlarında xəstəxanadan buraxılıb və komandanın qaldığı otelə qayıdıb. Ben Ari İsrailə döndükdən sonra növbəti dəfə tibbi testlərdən keçəcək və onun son durumu məlum olacaq.

Xatırladaq ki, "Neftçi" - "Bney Yehuda" matçı 2:2 hesabı ilə başa çatıb. Komandalar avqustun 15-də İsraildə cavab oyununa çıxacaq.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi