23 oktyabr 2024. Çərşənbə

UEFA-dan "Dinamo"ya cəza - "Qəbələ" ilə oyundakı irqçiliyə görə


  • Avroliqa
  • 12:20 09.08.2019
  • Oxunma sayı: 432
UEFA-dan "Dinamo"ya cəza - "Qəbələ" ilə oyundakı irqçiliyə görə

Gürcüstanın "Dinamo" (Tbilisi) komandasının Hollandiya "Feyenoord"u ilə Avropa Liqasının III təsnifat mərhələsindəki cavab görüşü azarkeşsiz keçiriləcək.

Corner.az-ın məlumatına görə, bu barədə UEFA İntizam Komitəsi qərar qəbul edib. Səbəb kimi Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə cavab görüşü zamanı "Dinamo" azarkeşlərinin irqçi davranışları göstərilib. Qonşu ölkə klubuna 50 min avro cərimə də kəsilib. 

Bundan başqa, "Feyenoord"la oyun zamanı Boris Payçadze adına "Dinamo" stadionunda #EqualGame banneri asılmalıdır.

Qeyd edək ki, evdə "Qəbələ"ni 3:0 hesabı ilə yenən "Dinamo" səfərdə "Feyenoord"a uduzub - 0:4.







Avroliqa

AL:"Qalatasaray" xal itirdi
  • Avroliqa
  • 23:20 03.10.2024
AL:"Qalatasaray" xal itirdi