- Avroliqa
- 21:00 11.11.2024
"Tottenhem"in baş məşqçisi Ange Postekoğlu UEFA Avropa Liqasının 4-cü həftəsində qarşılaşacağı "Qalatasaray" klubu ilə bağlı açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, təcrübəli çalışdırıcı İstanbul nəhənginin çox yaxşı oyunçulara sahib olduğunu bildirib.
"Onların çox yaxşı komandası var, fərdi olaraq güclü oyunçuları var, güclü Avropa komandasına qarşı oynayanda fərqli bir şey gözləmək çətindir. Ancaq başa düşməlisiniz ki, İngiltərə Premyer Liqasında hər həftə matçlarımız olur, ona görə də biz müntəzəm olaraq yüksək səviyyəli komandalarla oynayırıq, bu, bizim üçün yenilik olmayacaq. Bu, bizim üçün yaxşı sınaqdır, Avropa Liqasına əla start verdik, qələbələri davam etdirmək istəyirik. Türkiyədə oynamaq çətin olacaq, onların azarkeşləri komandaya hər zaman güclü enerji verirlər”