- Avroliqa
- 13:10 26.11.2024
UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda “Qarabağ” ilə Fransa “Lion”u arasında keçiriləcək IV tur oyununa təyinatlar açıqlanıb.
90deqiqe.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Serbiyadan olan hakimlər briqadasına həvalə olunub.
Matçın baş hakimi Nenad Minakoviç olacaq. Ona yan xətt hakimləri Nikola Boroviç və Boşko Bojoviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.
VAR hakimi Momçilo Markoviç, onun köməkçisi isə Novak Simoviç olacaq.
Qeyd edək ki, noyabrın 28-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Lion” matçı saat 21:45-də başlayacaq.