- Avroliqa
- 01:59 28.11.2025
Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-ə uduzaraq mübarizəni dayandıran "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi bəlli olub.
Corner.az-ın məlumatına görə, bu, Şimali İrlandiya təmsilçisi "Linfild"dir. Komanda Avroliqanın 3-cü təsnifat mərhələsində "Sutyeska"nı (Monteneqro) mübarizədən (2:1, 3:2) kənarlaşdıraraq Ağdam təmsilçisinə rəqib olub.
Qeyd edək ki, pley-off-un oyunları avqustun 22-də və 29-da keçiriləcək. "Qarabağ"ın ilk matçı səfərdə olacaq.